Cin, şeytan, ruh bunları başa düşdük, bəs hal nə deməkdir?
Və aleykum Salam. Hal dediyiniz şey elə cinin el içində bir adıdır. Müxtəlif millətlərdə cinlərə onları ayrı-ayrı məxluqlar sayaraq müxtəlif adlar verirlər. Belə ki, azərbaycanda gecə görsənən xarici görünüşləri bir-birindən fərqləndiyinə görə ayrı-ayrı adlar verərək onları - damdabaca, hal, alarvadı, gəzən ruh və s. adlandırırlar. Məsələn, ruslarda belə adlanır: domovoy, barabaşka, leşıy və s. Lakin, bunlar hamısı cinlərdəndir, sadəcə cilddən cildə girdiklərinə görə insanlar onlara müxtəlif adlar veriblər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...(Onu da bilin ki,) kim məni yuxuda görərsə, (həqiqətən də,) məni görmüş olar. Çünki şeytan mənim qiyafəmə girə bilməz. Və kim mənim adımdan bilərəkdən yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun". (Səhih əl-Buxari, 110).