Sasaə ibn Nəciyə adlı səhabənin 360 körpə qız uşağını xilas etməsi doğrudurmu?
Sual:
Salam aleykum. Sahsa ibn Naciyə əl Mücaş adlı səhabəylə Allah rəsulu səllahu aleyhi və səlləm arasında keçən hədis səhihdirmi. Qısaca xatırladım ki, hədisdə deyilir : Sahsa doğulmuş qız uşaqlarının diri diri torpağa basdırılmamsı üçün onların valideyinlərinə 2 dəvə bağışlyır və beləliklə o Məkkədə 360 nəfər qız uşağının yaşamasına vəsilə olur. Mümkünsə bu hədisi tam yazardız və bu şəxs haqqında ətraflı məlumat verərdiz.
Cavab:
Və aleykum Salam. Sasaə ibn Nəciyə ibn İqal ibn Sufyan ət-Təmimi əd-Dərimi - Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələrindən olmuş, Bəni Təmim qəbiləsinin ən şərəflilərindən olub. Ərəblərin məşhur şairi Fərəzdəkin babası olmuşdur. Dediyiniz şəkildə olan hədis var. (əl-Hakim, 6562; ət-Tabərani "Mucəmul-Kəbir" 7282). Lakin, bu hədis zəif hədislərdəndir.