Zikri sağ əl ilə, yoxsa iki əl ilə etmək lazımdır?

    17.05.2016
Sual: 
Salam aleykum. Hansi el ile zikr etmek efzeldi? Sag yoxsa? yoxsa iki elle? 2)Namazda secdede edilen duani hamisi secdelerde 3 defe edib axirinci secdede 7 defe demek bidetdirmi?
Cavab: 
Və aleykum Salam. Həm sağ, həm də sol əllə zikr etmək olar. Lakin sağ əllə zikr etmək daha yaxşıdır. Abdullah ibn Amr deyir: "Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sağ əli ilə təsbih (zikr) edərkən gördüm". (Əbu Davud, 1502). Hər iki əllə zikr etmək də olar. Zikr etməyin qaydasını buradan öyrənə bilərsiniz: Əllə zikr necə edilir?
Namazda səcdədə istədiyiniz qədər dua edə bilərsiniz. Lakin bunun üçün hər hansı bir say təyin etmək, qayda qoymaq, axırıncı səcdəni fərqləndirmək bidətə (dində yeniliyə) səbəb olur.
Teqlər: 
Paylaş: