Uca Allahın məndən razı olduğunu haradan bilmək olar?

    17.05.2016
Sual: 
Salamu eleykum.Uca Rebbimin menden razi olub ve ya olmadiqini bilmek olar bu dunyada?Peygemberimiz sallallahu Eleyhi vesellem efendimizden hadis var bu hakda?Allah razi olsun sizlerden.
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: "Həqiqətən, Mən filan qulumu sevirəm, sən də onu sev!" Cəbrail (aleyhis-sələm) də onu sevir. Sonra o, səmada olanlara üz tutub deyir: "Allah filan qulunu sevir, siz də onu sevin!" Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə Cəbraili (Allahın ona salamıolsun) çağırıb ona deyir: "Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!" Cəbrail (aleyhis-sələm) də ona nifrət edir. Sonra o, səma əhlinə üz tutub deyir: "Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!" Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur". (Muslim, 2637).
Bu isə qeybi məsələdir. Uca Allahın razılığının kimə şamil olunduğunu dəqiq bilmək olmur. Lakin, Onun razılığını qazanmaq üçün əsas əməl var ki, bi da imanı artırmaq və böyük günahlardan çəkinməkdir. Daha ətraflı:
İmanı artırmaq üçün nə etməliyik?
Allah kimləri sevir?
Teqlər: 
Paylaş: