Sevdiyim insanlara "eviniz yıxılsın" dedim
Sual:
salam aleykum men istemeden istedikim adalara eviniz yixilsin dedim. bu nedir seytan emelidirmi nedir bunun sonu nedir men ozumu pis hiss edirem hele ayakabiyla agzimcan vurmusam ondan sonra bir az sakitlesmisem
Cavab:
Aleykum salam. Əgər qəsdən etməmisinizsə, bu, xətadır, yəni səhvən edilən əməldir. Bu isə günah deyildir. Həmçinin, Uca Allah hər deyilən sözü qəbul etmir, o ki qaldı səhvən deyilən sözlərə. Həmçinin, insanların dilində olan, tez-tez istifadə edilən bu cür sözlər bəd dua sayılmır. Bu sözlər həqiqi mənası qəsd edilməyən, dilucu deyilən qınaqlara aiddir. Bu sözlər birisinə “vay sənin halına” yaxud “anan vayına otursun” və s. bu kimi həqiqi mənası qəsd edilməyərək deyilən sözlərə bənzəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm də öz səhabələrinə bu cür sözlər demişdir.