Boş vaxtımda tum çırtlamağım və saqqız çeynəməyim günahdır?
Sual:
Salam men Namaz qiliram be Qursni-Kerim oxuyuram Bo's vaxtlarimda saqqiz çeyneye be semeçka(tum) çirtlaya bilerem bu günahdir?
Cavab:
Və aleykum Salam. Nə saqqız çeynəmək, nə də tum çırtlamaq qadağan olunan şeylərdən deyil. Lakin, bu kimi şeylərə vərdiş etmək, aludə olmaq sağlamlığa zərərdir.