"Gecə vaxtı uşağı bayıra çıxarmazlar" deyimi doğrudurmu?

    14.05.2016
Sual: 
Salameleykum.size sualim ushagi sher vaxti cole cixarmazlar birde yatirmazlar deyirler.bunun islamda esasi varmi?evvelceden teshekkur
Cavab: 

Və aleykum Salam. Bəli, bunun müəyyən dərəcədə dini əsası var. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Gecənin zülməti, yaxud qaranlığı keçincəyə qədər uşaqlarınızı evdən ba­yı­ra burax­mayın. Çünki bu vaxt şey­tanlar hər tərəfə ya­yılırlar". (əl-Buxari, 2/ 322).
Digər rəvayətlərdə bu əlavələr vardır:
“Ge­cədən bir müddət keçdikdən sonra isə onları buraxa bilər­siniz” (əl-Buxari, 3280).

“Həqiqətən də, cinlərin dağılışmağı və qamarlamağı vardır (yəni, hə­min vaxt onlar hər tərəfə – bazarlara, yollara, küçələrə və s. dağılışır və insanlara, ələlxü­sus da, uşaqlara zərər yetirirlər)”. (əl-Buxari, 3316).
“Qapıları kilidləyin, su tuluqları­nın ağzını bağlayın, qabların ağzı­nı bağlayın, qab-qacağın üstünü örtün və çıraqları sön­dürün. Çünki şey­tan kilidli qapını, bağlı tuluğu və ağzı bağlı qabı aça bil­məz. Bir də ki, siçan insanların evlərini yandıra bilər” (əl-Ədəbul-Mufrad, 1221).
Teqlər: 
Paylaş: