Paltarı ehsan etmək olar?
Sual:
Paltarı ehsan etmək olar
Delil var Hədis
Cavab:
Salam aleykum. Ehsan etmək hədiyyə etmək mənasındadır və buna görə müsəlman savab qazanır. Bureydə (Allah ondan razı olsun) rəvayət etmişdir: "Nəcaşi Peyğəmbərə (salləllahu aleyhi və səlləm) qara rəngli bir cüt sadə məst (ayağa geyilmək üçün) hədiyyə göndərdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də onları dərhal (ayağına) geyindi. (Dəstəmazı pozulduqdan) sonra dəstəmaz aldı və məstləri üzərinə məsh çəkdi". (Əbu Davud, 155).
Həmçinin Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salavatı olsun) buyurmuşdur: "Əl verərək görüşün ki, ürəyinizdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə sevginiz artsın və aranızdakı düşmənçilik bitsin". (əl-Hakim, 1651). Bu hədis ümuməm hər bir halal şeyin hədiyyə olmasına dəlildir.