Hədislər necə yazılıb?

    26.05.2016
Kimdən: 
....
Sual: 
əssələmu aleykum va rahmətullahi va bərakətuhu Rəbbim biz musəlmanlari faudalı emlə faydalandırsın. 1. bilmək istiyərdim hədislər necə yazilib. yəniki elə hədis alimləri var hicrətdən 100 - 150 il sonra dogulub bu mənə maraqlıdır necə olub belə biliblər? 2. ilk hədis yazan tabiinlərdən kim olub? bir başa səhabələrdən nəql edən və kitab halina gətirən. 3.Allah razı olsun sözünü bir birmizə demək məsləhətlidi? yoxsa ancaq səhabələrə demək bəyənilir. 4.
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
1. Sizi hədis alimlərinin 100-150 sonra yaşamaları çaşdırmasın. Onlar sadəcə müxtəlif səhabələrdə və tabiinlərdə olan hədisləri bir yerə toplayaraq iri həcmli kitab hazırlamışlar.
2. Hədisləri tabiinlərdən qabaq səhabələr yazmağa başlayıb. Əbu Hureyra, Abdullah ibn Amr ibn əl-As və digər səhabələr hədisləri ilk yazanlardandır. Onlardan sonra hədisləri tabiinlər və alimlər öz kitablarına yazıblar. Daha ətraflı: Hədislərə tabe olmağın vacibliyi
3. Səhabələrə "Allah ondan razı olsun" sözü deyilsə də, bu söz ərəb dilində "radıyəllahu anhu" - yəni, "Allah ondan razıdır" deməkdir. Bunu da Qurani-Kərimdə Uca Allah bildirir: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100). Lakin, "Allah razı olsun" sözünü əsasən qeyri-ərəblər dua mənasında bir-birinə qarşı təşəkkür və minnətdarlıq mənasında işlədirlər. Ərəblər bu sözü bir-birinə qarşı təşəkkür mənasında işlətmirlər. Onların təşəkkür mənasında işlətdikləri əsas söz "Cəzəkəllahu xayran" - "Allah səni xeyirlə cəzalandırsın (mükafatlandırsın)" sözüdür. Bunun da dəlili Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmasıdır: "Hər kim özünə yaxşılıqetmiş adama: "Cəzəkəllahu xay­ran" (Allah səni xeyirlə mükafatlandırsın!) - deyərsə, ən gözəl şəkildə tərif etmiş olar". (ət-Tirmizi, 2035).
Teqlər: 
Paylaş: