İmkanı ola-ola qurban kəsməmək olar?

    04.06.2016
Sual: 
Qurban bayramı zamanı (imkan olsada) heyvan kəsməmək olarmı? Ümumiyyətlə heyvan əti yeməmək olarmı? Əgər Qurban bayramı zamanı heyvan kəssək onun ətindən, özümün və ailəmin yeməməsi olarmı? Birdəki iman zəyifliyi hiss etdikdə, Quranı ərəbcə oxumaq yaxşıdır, yoxsa tərcüməsini?
Cavab: 
Salam aleykum. İmkanı çatan adamın Qurban bayramında qurban kəsməməsi düzgün deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimin imkanı ola-ola qurban kəsməzsə, bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123). Heyvan ətini yeməmək isə qeyri müsəlmanlara aid xislət olub onlara oxşamaqdır. Həmçinin, Allahın halal etdiyini özünüzə haram etməkdir. Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir". (ət-Təhrim, 1). Bu ayə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bal yeməyəcəyinə dair dediklərindən sonra nazil olmuşdur. Qurban kəsdikdən sonra onun ətini özünüz və ailəniz yeməyib kasıblara paylaya bilərsiniz. Bu məsələdə siz ixtiyar sahibisiniz. Həmçinin, oxuyun: Qurbanlıq barədə
Paylaş: