Xalid adını qoymaq olarmı?
Sual:
Salam.Oğlumun adı Xaliddi.Esiddiyime gore o adi düzgün deyil qoymaq.MEN NƏ EDIM?
Cavab:
Və aleykum Salam. Bu adı qoymaqda problem yoxdur. Hətta Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məşhur, heç bir döyüşdə məğlub olmamış səhabəsinin adı Xalid ibn Valid (Allah ondan razı olsun) olub. Xalid adı "əbədi" mənası olsa da, mənalarından biri - gec qocalan deməkdir. Əgər küfr ad olsaydı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun adını dəyişdirərdi. Necə ki, bəzi səhabələrin adlarının mənası pis şeylər ehtiva etdiyinə görə onların adlarını dəyişdirmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Asiyanın adını dəyişdirib demişdir: "(Bu gündən) sən Cəmiləsən (gözəl qadın)". (Muslim, 6/173).
Aişə (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Rəsulullahın (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanında Şihab (şölə, od parçası) adlı birisinin adı çəkildi. Onda, Rəsulullah (salləllahu aleyhi və səlləm) ona belə buyurdu: "Xeyr, sən Hişamsən". (səxavətli, əliaçıq)". (əl-Buxari: "Ədəbul-Mufrad", 825).