Ər-arvad münasibətlərində səmimiyyət yoxdursa, nə etmək lazımdır?
Sual:
Assalamu aleykum.əgər qadın və kişi münasibətlərində ixlas yoxdursa və hər iki tərəf üçün günah mənbəyidir münadibətlər nə etmək lazımdır. Əvvəl gündən bacının qarışıq cəmiyyətdə işləməyində problem görməyib hətta evə gəlib baci danışanda ki müdür otağıma girib qapını bağlayır mən tələb edirəm ki çıxsın və s. Deyir de girməsin ya istəyirsən mən deyim... baci işdən artıq belə şeyə görə bir dəfə çıxıb və ona görə uzun illərdir bacını alçaldırdı.baci bütün xərclərini özü görür hətta övladların çox hissəsini.Deyir ixlad olmadan yaşamaq çətin gəlir artıq ikrah hissi yaranıb zövcünə qarşı.Bu barədə neçə dəfə zövcü ilə söhbət edib amma dəyişmir insan hər zaman qayıdır öz tərzinə.Ibadətdədə naqisdir
Cavab:
Və aleykum salam. Şəriətə görə kişi öz zövcəsinin haqlarını ödəməli, onunla xoş davranmalı və namusunu qorumalıdır. Bunları etmədiyi halda qohum və ya tanışlardan mötəbər insanlar ona nəsihət etməlidirlər. Nəsihət fayda verməsə və kişi qadının haqlarını kobud şəkildə pozursa (məsələn, tez-tez qadını döymək, zina etmək və s.) bu halda qadın boşanma tələb edə bilər. Amma kasıblıq, iş tapa bilməmək və digər səbəblərə görə boşanma tələb etmək qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672). Bu halda Allaha çoxlu dua etmək, əxlaqı gözəlləşdirərək nümunə olmaq və vaxtaşırı nəsihət etmək lazımdır. Həmçinin oxuyun:
İslam fiqhi kitabı -- NİKAH FƏSLİ
Duaların qəbul olması üçün nə etmək lazımdır?
İslam fiqhi kitabı -- NİKAH FƏSLİ
Duaların qəbul olması üçün nə etmək lazımdır?