İmam Hüseynin neçə övladı olub?

    30.05.2016
Kimdən: 
Kubra
Sual: 
Salam bagiwlayin sizi narahat edirem.Imam Huseynin Ruqeyye adinda qizi olub.? Men internetde oxuyanda yazilmiwdiki olmuyub yeni Ruqeyye hemin sekinedir. Bu duzgundur.? Xahiw edirem sualimi cavablandirin. Allah sizden razi olsun. Amin InwaAllah. Imamin nece evladi olub.? qizlari ve oglanlarinin adlarini yazarsizda zehmet olmasa.
Cavab: 
Və aleykum Salam. Hüseyn ibn Əlinin (Allah onların hər ikisindən razı olsun) zövcələri və onlardan olan övladları:
1. Rabəb bint İmrul-Qeys ibn Udey. Qızı Səkinə və oğlu Abdullah. (Tarixu Dəməşq, 69/ 119-120).
2. Sülafə (Şah Zanən və ya Şəhrəbanu). Səccad (Səcdəyə qapılan) və ya Zeynul-Abidin (Abidlərin şərəflisi) ləqəbi ilə tanın­mış Əli Əsğəri (kiçik Əli). (Vəfəyat əl-Əyan, 3/267).
3. Leyla bint Əbu Murra ibn Urva ibn Məsud əs-Səqəfi. Oğlu Əli Əkbər (böyük Əli).
4. Ummu İshaq bint Təlhə ibn Ubeydullah. Qızı - Fatimə.
Həmçinin, oxuyun: İmam Hüseynin neçə qardaşı olub?
Teqlər: 
Paylaş: