Şərikli qurban kəsmək icazəlidirmi?
Sual:
Salam.Her vaxtiniz xeyir. Bilmek isterdimki,serikli qurban kesmek olarmi? Yeni 2 neferin 1 qurban kesmesi mumkundurmu? Qabaqcadan tesekkurler.
Cavab:
Və aleykum Salam. Şərikli qurban yalnız inək və dəvənin qurban kəsilməsinə aiddir. Belə ki, inək və dəvəyə 7 nəfər şərik ola bilər. Amma qoyunu yalnız bir adam qurban kəsə bilər, çünki qoyuna şərik olmaq icazəli deyil. Əta ibn Yəsar deyir ki, mən Əbu Əyyub əl-Ənsaridən (Allah onlardan razı olsun) soruşdum: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vaxtında sizin kəsdiyiniz qurbanlar necə olurdu?" O dedi: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında bir insan özünün və ailəsinin adından bir qoyun kəsər, ondan özləri yeyər və yedizdirərdilər". (İbn Məcəh, 3147).