Niyə qaş almaq olmaz?
Aleykum salam. Qaş almağın günah olması barəsində səhih hədis vardır. Daha ətraflı bu cavabı oxuyun: Qaş və üz tüklərini almaq günahdır?
Peyğəmbərin dövründə qadınlara aid olan məsələləri qadınlar ya özləri, ya da bir adamın vasitəsilə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşub öyrənirdilər.
Dedi-qodunun, fitnə-fəsadın geniş yayıldığı bu dövrdə hər bir müsəlman öz dinini öyrənməyə və bacardığı qədər ona əməl etməyə çalışmalıdır. Müsəlmanlar Qurana və Peyğəmbərinin yolunu öyrənsələr və orada deyilənlərə əməl etsələr Uca Allah onlara haqqı nahaqdan ayırd etmək üçün nur bəxş edər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir". (əl Ənfal, 29).