Quşları qəfəsdə saxlamaq olar?
Və aleykum Salam. Quşları qəfəsdə saxlamaq onların haqlarına girməmək şərtilə icazəlidir. Bu da onları vaxtı-vaxtında yedizdirmək, təmiz salamaq və incitməməkdir. Həmçinin, tutuquşu və digər yerli olmayan quşlar bizim təbiətə öyrəşmədikləri üçün qəfəsdə saxlamasanız, azadlıqda qısa zaman ərzində tələf olacaqlar.
Heyvanlara zülm etmək axirət əzabına səbəb ola bilər. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) demişdir: "Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür". (əl-Buxari "Ənbiya", 54; Mislim "Salam", 151).