Nəyə görə gecə güzgüyə baxmaq olmaz?

    03.07.2016
Kimdən: 
nara
Sual: 
Aleykum salam mənim bir neçə sualım olacaq.1)gecə güzgüyə niyə baxmaq olmaz?2)gecə vaxtı yerə su tökdükdə niyə bismillah deməliyik?3)qolları üst üstə qoymaq niyə olmaz?4)axşam üstü falan qapının ağzında niyə durmaq olmaz?5)Hamilə olan qadının uşağı olduqdan sonra niyə 40 gün gözləmək lazımdı yəni onu niyə tək qoymaq olmaz?
Cavab: 
Salam aleykum.
1. Gecə güzgüyə baxmağa qadağa yoxdur.
2. "Bismilləh" deyəndə cinlər bizdən uzaqlaşırlar. İsti su isə onlara dəyməsin deyə yerə su tokməzdən qabaq "Bismilləh" deyilir.
3. Qolları üst-üstə qoymaq icazəlidir. Bunu etməməyə heç bir qadağa yoxdur.
4. Sadaladığınız şeyə qadağa yoxdur. Sadəcə özgəsinin qapısının ağzında durmaq həmin adamı pusmaq kimidir və həmin evdə olan səsləri eşitməyəsiniz deyə orda durmaq məqsədə uyğun deyil.
5. Bu cavabı oxuyun: Təzə doğulan uşağa 40 saxlamaq adəti doğrudurmu?
Teqlər: 
Paylaş: