Əvvəllər halallıq vermədiyim adama sonradan haqqımı halal edə bilərəm?

    03.07.2016
Sual: 
Salam mən bir dəfə sinif yoldaşımla dalaşdım və qız mənim barəmdə yalanlar danışdı əvvəllər biz dost idik amma indi 2 aydan çoxdur ki danışmırıq. Dalaşandan sonra mən ona elədiyim yaxşılıqları halal eləmədim və bir də atamı yolundan eləyib görüşə çağırmışdı qızın atası. Mən də demişdim ki atama verdiyi əziyyəti Allah min əvəzlə alsın ondan. Amma indi peşman olmuşam nə qədər pis olsa da mən onun kimi olmamalıydəm. Sualım budur indi desəm ki halal eıəyirəm ona verdiklərimi xeyir görsün onlardan. Halal olar mı?
Cavab: 

Və aleykum Salam. Bəli, sonradan haqqınızı halal edə bilərsiniz və bu, bəyənilən əməllərdəndir. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40). Bu cavabı oxuyun: Qul haqqı barədə

Paylaş: