Sahur vaxtı azan qurtarana qədər yeyib-içmək olar?

    22.06.2016
Kimdən: 
Fatime
Sual: 
Önce aleykum salam. (Xaiw edirem suallarimi cavablayin) Bibim oruc tutur amma bezen vaxti çatdira bilmir yemeyi azan verilene qeder bitire bilmir bununda gunah olacagindan qorxur soruwurki azan verilende yemeyi qutara bilmiremse azan qutarana qeder orucumu tuta bileremmi
Cavab: 

Salam aleykum. Bu kimi şeylər məişət halıdır və yemək bişirməyi çatdıra bilməmək günah deyil. Siz orucunuzu tamamlayın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Dəvud, 2333).

Teqlər: 
Paylaş: