qidalar

Su içmə ədəbi

    13.10.2015

Allah rəsulu - sallallahu aleyhi və səlləm - həyatın bütün sahələrini, hətta ən adi şeyləri də bizə öyrətmiş, bütün əməllərimizdə Allahın razılığını qazanmaq və şərdən qorunmaq üçün yollar göstərmişdir. Allah rəsulu su içmək haqqında demişdir: "Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13).
Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).

Haram qidalar

    08.05.2015

Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur:
“Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (ən-Nəhl, 116).

Zeytun mübarək ağacdır

    10.10.2014

Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.