mələklər

Möminin və kafirin ölümü

    03.03.2014

      Bəra ibn Azib rəvayət edir ki, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, onun gözünün gördüyü son məsafədə oturub gözləyirlər.

Cəbrail kimdir?

    21.02.2014

      Cəbrail - əleyhis-səlam - mələklərin ən fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetirməkdə etimad ediləsi olduğunu vəsf etmişdir. O, Ruhul-Əmindir (sadiq ruh). Uca Allah buyurur:
“Onu (Quranı) Ruhul-Əmin endirdi (əş-Şüəra, 193-195).
Uca Allah onun bəzi xüsusiyyətləri haqda belə buyurur:

Mələklər haqqında

    27.01.2014

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Mələklərə iman bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur:

Yəhudilərin Cəbrailə düşmənçiliyi

    05.11.2013

İbn Abbas rəvayət edir ki, yəhudilər Peyğəmbərin yanına gəlib dedilər: “Ey Əbul Qasim! Biz səndən beş şey barəsində soruşacağıq. Əgər soruşacaqlarımız haqda bizə doğru xəbər versən, sənin Peyğəmbər olduğunu yəqin edərik və sənə tabe olarıq. Peyğəmbər onlardan, Yəqubun öz övladlarından əhd aldığı kimi əhd aldı. Onlar: “Allah bizim dediklərimizə şahiddir!”– dedilər. Peyğəmbər: “Soruşun!”– dedi. Onlar dedilər: “Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver». Peyğəmbər dedi: “Peyğəmbərin gözləri yatsa da, qəlbi həmişə oyaq qalır».

Pages