Fəzilətli qadınlar

Məryəm haqqında

    13.02.2015

Məryəm - Uca Allahın Quranda "təmizlənmiş və seçilmiş", Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) "kamilliyə çatmış" kimi vəsf etdikləri, dünyaya gəlib-getmiş qadınlar içərisində ən fəzilətli, üstün olanlardan biridir. O, həmçinin Allahın möcüzəsi sayəsində İsa peyğəmbəri (Ona Allahın salamı olsun) atasız dünyaya gətirmişdir. Məryəmin atası İmran və anası Hənnə çox ibadət edən və saleh kimsələr idi.

Fatimə haqqında

    16.06.2014

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun! 
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.

Məryəmin İsanı dünyaya gətirməsi haqqında

    17.05.2014

Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"

Ən fəzilətli qadınlar kimlərdir?

    17.04.2014

      İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”.

Həcər haqqında

    05.11.2013

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “İbrahim yalnız üç dəfə yalan danışmışdır. Bunlardan ikisi qüdrətli və əzəmətli Allah üçün idi. Birinci dəfə o demişdir: “Mən xəstəyəm!”. İkinci dəfə isə demişdir: “Xeyr, bunu onların bu böyüyü etmiş olar”. Üçüncü hadisə isə belə olmuşdur: “Bir gün İbrahim zövcəsi Sara ilə qəddar padşahlardan birinin məmləkətinə gəldikdə padşaha xəbər verdilər ki, şəhərə bir nəfər gəlib, yanında da çox gözəl bir qadın var”. Padşah qadının kim olduğunu öyrənmək üçün onun yanına adam göndərdi.