Azərbaycanın rayonlarında iftar vaxtının Bakı ilə fərqini yaza bilərsinizmi?

    28.06.2016
Sual: 
Salam Eleykum.ilk once Ramazan ayiniz mubarek.size sualim Ramazan orucunu hansi vaxtla tutaq?sizin yazdiginiz vaxtla qafqaz muselmanlari idaresinin verdiyi vaxt ust uste duwmur.birdeki rayonlardaki vaxtla baki vaxti arasindaki ferqi yazardiniz zehmet olmazsa mes:terter rayonu ucun.cox xahiw edirem mumkunse bu sualimi tez cavablandirardiniz.cunki men ve yoldawim bu saytda yazilan vaxt ile tuturug orucumuzu ama mene sehv etdiyimi deyirler.onceden tewekkur edirem
Cavab: 

Və aleykum Salam. İftar günəş batan kimi açılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Həqiqətən, biz peyğəmbərlərə əmr olundu ki, iftarı tezləşdirək, sahuru gecikdirək, namazda sağ əli sol əlin üzərinə qoyaq". (ət-Tabərani, 11323; İbn Hibban, 1770).
Saytımızda da günəşin batması, çıxması və namaz vaxtları dünya müsəlmanlarının istifadə etdiyi təqvimə əsaslanır. Qafqaz müsəlmanları idarəsinin saytında da günəşin batma vaxtı bizim saytdakı ilə eynidir. Sadəcə bəzi məscidlərdə məğrib namazı təqribən 15 dəqiqə gecikdirilir və insanlar azan verildikdən sonra oruclarını açırlar. Əslində isə günəş batan kimi orucu açmaq olar. Azərbaycanın bölgələrində namaz vaxtının Bakı ilə fərqi aşağıdakı kimidir (dəqiqə ilə):
Ağdam +11, Astara +2, Gəncə +14, Qazax +19, Quba +6, Lənkəran +3, Saatlı +7, Sabirabad +5, Şamaxı +6, Şəki +12, Xaçmaz +10, Yevlax +11, Naxçıvan + 17, Göyçay +8, Zaqatala +14. 
Tərtər rayonunda da günün batması Bakıdakından təqribən 15-16 dəqiqə sonra baş verir. Bu qaydaya əsaslanaraq orucunuzu aça bilərsiniz.
Əgər bilməyərəkdən orucunuzu tez açmısınızsa, sizə günah yazılmır.  Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5). Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).

Teqlər: 
Paylaş: