Pulu bankda üzərinə faiz gələn depozit hesabına qoymaq olarmı?

    26.07.2016
Sual: 
Salam aleykum.bir miqdar pulum var.onu saxlamaq ucun banka qoya bileremmi? Duzdu ustune az miqdarda pul gelecek.ama o pulun sedeqesini cixiram.bildiyime gore insan malinin mulkunun sedeqesini cixmalidi.banka qoysam gunah sayilirmi?
Cavab: 

Və aleykum Salam. Pulu bankda üzərinə faiz gələn depozit hesabına qoymaq olmaz, çünki əlavə faizi özünə götürmək böyük günahlardan biri olan ribadır. Uca Allah buyurur:
"Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar". (əl-Bəqərə, 275).
"Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin". (əl-Bəqərə, 278-279).
 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin!", və onların şirk, sehr etmək, cana qəsd etmək (öldürmək), yetimin malını haqsız olaraq yemək, riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).
Ona görə də xüsusi zərurət varsa və pulu saxlamağa təhlükəsiz yer yoxdursa, pulu üzərinə faiz gəlməyən hesaba qoymaq lazımdır. Bilməyərəkdən faiz qazandıran depozit hesabına pul qoymusunzsa, həmin faizi özünüzə götürməyərək sədəqə etməlisiniz.

Teqlər: 
Paylaş: