Unutqanlıqdan yalan danışmaq günahdır?
Sual:
Salam aleykum size sualim budurki unutqanliqdan ve ya bilmeyerekden yalan daniwmaq gunah sayilir?2 namazin secdelerinde dua etmek olar?Allah razi olsun tewekkur sagolun
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043). Çalışın daha diqqətl olasınız. Namazda iki yerdə namazın sözlərindən sonra öz dilində dua etmək olar. Səcdə zamanı edilən dua: Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Səhih Muslim, 782). Namazın sonunda salamdan əvvəl edilən dua: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşuldu: "Hansı dua ən tez qəbul olunur?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edilən dua". (Sunən ət-Tirmizi, 3499).