"Səcdələri çoxaldın" sözü necə başa düşülür? Cənnətdə hicab olacaqmı?

    27.07.2016
Sual: 
Salam Aleykum Əziz qardaşlar,belə saytı açdığınız üçün çox sağ olun,suallarımıza səbrlə cavab yazdığınız üçün Allah sizlərdən razı olsun.Suallarım: 1.səcdələri çoxaldın sözünü necə başa düşək?Axı hər namazın qaydaya uyğun secdələrin sayı var.Bunu izah edərdiz etraflı. 2.Bildiyimiz kimi cənnətdə ibadet olmayacaq namaz kimi...bes hicab olacaqmı?Cənnətdə ümumiyyətlə naməhrəm olacaqmı?
Cavab: 

Və aleykum Salam.

  1. "Səcdələri çoxaldın" deyildikdə bir namazın daxilindəki səcdələri çoxaltmaq yox, ümumən çoxlu əlavə (nafilə) namaz qılmaq nəzərdə tutulur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyururb: “Allaha çoxlu səcdə etməyə diqqət yetir. Şübhəsiz ki, sən Allah üçün hər dəfə səcdə etdikdə, onun sayəsində Allah səni bir dərəcə yüksəldir və bir günahını silir”. (Muslim, 488). 
  2. Cənnətdə qadınların hicablı və ya hicabsız olacaqlarını dəqiq bildirən hədis yoxdur. Yalnız bir hədisə baş örtüsü sözü işlənmişdir, amma burada başı tam örtən hicab, yoxsa bəzək üçün istifadə olunan örtükdən söhbət getdiyi dəqiq bilinmir.  Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O, qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir." (Buxari 2796, Tirmizi 1651)
Teqlər: 
Paylaş: