Müştəri faizsiz kreditin bir hissəsini ödəyə bilmirsə, məhsulu ondan geri almaq olarmı?

    28.07.2016
Sual: 
salam aleykum. Sual: şirkət öz dileri vasitəsilə müştərilərə 6 ay müddətində faizsiz kreditlə mal satır. müştəri pulu məsələn, 3 aydan sonra ödəmək imkanında olmadığını deyir. Bu halda şirkət malının geri qaytarılmasını tələb edir və 3 ay ödənilən məbləği geri qaytarmır. Bu caizdirmi? Həmçinin malı müştəridən geri götürmək dilerin boynunda olur və mal istifadə olunub qayıtdığı üçün şirkət satışdan dilerə verdiyi 50 manat müqabilində onun bonusundan100 manat çıxır, diler də bu şərtlə razılaşır. Bu cür sövdələşmə icazəlidirmi?
Cavab: 

Və aleykum salam. Faizsiz kreditlə məhsul satmaq icazəlidir və əgər müştəri bir neçə aydan sonra ödəniş edə bilmirsə, şirkət onun ödədiyi pulları götürə və məhsulu da ondan geri ala bilər, çünki məhsul artıq işlənib və şirkət onu təzə qiymətinə sata bilməyəcək. Həmçinin, şirkətlə diler arasında dediyiniz şərtlər haram deyil. Diler əvvəlcədən dediyiniz şərtlərlə razılaşıbsa, bu şərtlərlə işləməlidir. 

Teqlər: 
Paylaş: