Homoseksuallıq günahını necə unudum?

    28.07.2016
Kimdən: 
Allahin qulu
Sual: 
salam.Men daha onceden oz hemcinsimle cinsi elaqede olmusam ve bu mende artiq alide halini alib .Allaha iman getirmekden Allahdan umudumu uzmurem.amma.men nece defelerle ozumu mecbur etmisem ku unudum amma alinmir ne ede bilerem ?bu suali oz sozlerinizle cavablandirin .Bir de defelerle tovbe istigfar duasini oxuyuram qelbden urekden amma gun kecen kimi o hiss meni rahat buraqmir .Bunun boyuk gunah oldugunun da ferqindeyem .18 yasim var ve oglanam .Inanin Allaha yalvarmaqdan bir gun bele vaz kecmemisem onun yolundan donmemisem.Ne spirtli icki icirem ne siqaret cekirem ogrulugum yoxdu xayin insan da deyilem .sizce menim islerimin duz getmemeyi ettiyim bu zina hereketdendir.?
Cavab: 

Və aleykum Salam. Allaha dua edirik ki, sizi şeytanın şərindən və vəsvəsindən qorusun və böyük günahı tərk etməkdə sizə kömək olsun. Siz Allaha səmimi qəlbdən, peşman olaraq tövbə edin, günahın cəzasını oxuyub öyrənərək Allahdan qorxun və bir daha bu barədə düşünməyin. Bu barədə sizə gələn fikirlərə əhəmiyyət verməyin, çünki bu şeytanın vəsvəsəsidir, vəsvəsə isə əhəmiyyət verildikdə çoxalır, fikir vermədikdə isə yox olub gedir. Namaz qılın, hər gün Quran oxunmasına qulaq asın (çünki Quran şeytanı uzaqlaşdırır), möminlərlə dostluq edin, məscidə çox gedin, günahı yada salan şeylərdən uzaqlaşın və s. amillərə fikir verin. Daha ətraflı:
Günahı necə tərgitmək olar?
Homoseksuallıq günahdırmı?

Paylaş: