Şübhələrə görə hər dəfə ayaqyolunda yuyunmağa 20-25 dəqiqə sərf edirəm...
Sual:
Salam,bu tipli suallar yazmisam size,siz vesvese deyirsiz ama bunlar menim basima heqiqeten gelir,cox uzr isteyirem men her defe bövl zamani sidik ayaqlarima toxunur ne qeder qorunmsamda,olmur.ustelik ayagin ic terefine toxundugu ucun tam yuya bilmirem,bu da azmis kimi elimle ozumu yuduqca menden az da olsa sidik ifraz olur eminem,yeni her defe20_25deq ayaqyolunda qaliram.yuyunuram tekrar gelir,ustelik ayaqlarima bulasir.hem cox su israf edirem hem de vaxtim gedir,o qeder namazdan soyumusamki cunki butun gunu esebi oluram bu sebebden.1sozle men tam pak ola bilmirem,bu qeder yuyunmaq pis tesr edir mene,sizce bu halda qildigim namazlar da batildi?mene1meslehet verin
Cavab:
Və aleykum Salam. Bir daha qeyd edirik ki, bu hal vəsvəsə ilə bağlıdır. Siz bir dəfə yuyunun və daha sonra nəyinsə gəlməyinə fikir verməyin, hətta namaz vaxtı bunu hiss etsəniz də. Bu hal vəsvəsə ilə bağlı olmasa da belə, həqiqətən sidik saxlaya bilməmək probleminiz olsa idi, yenə də üzrlü sayılardınız, çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə xəstəliyi olan insanlara hər namazın vaxtı girərkən bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazları qılmağa icazə vermişdir. Bu zaman hətta namaz vaxtı nəsə olsa da, fikir verməyərək namazını qıla bilər. Şeytan bu cür üsullarla sizi namazdan yayındırmağa çalışır, əsla namazı tərk etməyin və imanınızı artırın.