Çirkli bir şeyi yuyanda təmiz olması üçün salavat deyilməsi düzgündürmü?

    20.08.2016
Kimdən: 
leyla
Sual: 
Salam. Kirli paltarlar yuyulandan sora veya cirkli bir wey yuyulandan sora ona salavat cekirler suyun altinda.men ozumde bele eliyirem.bilmey istiyirdim ki ne qede duzdu.ister alt ister ust geyimlerine veya hansisa kirli bir weye salavat cekmek olarmi...salavat cekersek o wey temiz olarmi....??? Cvblanirsaz sevinerem...Allah razi olsun
Cavab: 

Və aleykum salam. Salavat demək Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xeyir-dua, tərif demək, Allahdan ona bərəkət istəməkdir. Hansısa şeyi yuyarkən salavat demək isə dinimizdə yoxdur, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə etməyi buyurmayıb. Bu kimi şeylər bidət (dində yenilik) sayılır və günahdır. Daha ətraflı:
Peyğəmbərə salavat deməyin savabı
Bidət nədir?

Teqlər: 
Paylaş: