Ürəyim təmizdirsə, dəstəmazdan qabaq dırnaqdakı lakı silməsəm olarmı?

    22.08.2016
Kimdən: 
NaNi
Sual: 
salam.. Bu lakin herdefe destemazdan sonra silinmesini anlamiram. men lak cekirem ve xosluram herdefe hamadan sonra qus aliram ve temiz dirnaga lak cekirem, eger bu lak su kecirmir deye destemaz batildirse o zaman laki vurduqdan sonra dirnaq temiz qalirda herdefe laki silmeyin ne menasi var birdeki mene gore islam dini herseyin qadagasi olan din deyil ve insani cetinliye suruyen dinde deil. mence bu lak sohbeti xurafatdi men Allaximin qabaginda duzgun insan olub duzgun itaet etdikden sonra mence bu lakli destamaz qebul edilmir sohbeti duzgun deil, xais edirem buna aydinliq getirin etrafli...
Cavab: 

Və aleykum salam. Dırnağa lak vurmaq haram deyil. Amma dəstəmaz alanda əllərin hər yerinə su dəyməsi vacib olduğu üçün lak silinməlidir. Heyz halında namaz qılınmadığı üçün dırnaq laklı qala bilər. Dəstəmazda dırnağın təmiz qalmasına baxmayaraq oraya su dəyməlidir, çünki dəstəmaz çirki təmizləmək üçün alınmır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 6). 
Həmçinin, qəlb təmizliyini əsas gətirərək Allahın əmrlərini yerinə yetirməkdən boyun qaçırmaq böyük günahdır. Daha ətraflı: Ürəyin təmiz olması kifayətdirmi

Paylaş: