Yəcuc və Məcuc tayfaları nə üçün Qiyamətin əlaməti kimi göstərilir?

    22.08.2016
Sual: 
Salamu aleykum.Kəhf surəsinin (94-98)cü ayələrində Yəcuc Məcuc tayvasının yer üzündə fitnə fəsad törədildiyi yazılır.və onların yer üzərində pis bir tayfa olduğu ifadə edilir.belə olduğu halda Yəcuc Məcuc tayfasını Qiyamətin əlaməti kimi necə göstərmək olar.axı bu tayfa o dövrdə də yer üzündə olub indi də var.ayələrdən göründüyü kimi bu tayfa şər bir tayfa kimi göstərilir.və digər ayələrdə də onların qiyamətdə də olacağı göstərilir.Lakin bunu qiyamətin əlaməti kimi göstərilir.sanki bu tayfa qiyamətdə yer üzündə olacaq və qiyamətin əlaməti kimi təqdim edilir.xahiş edirəm bu barədə geniş yazasız.ayələrdən də başa düşmək olur ki bu tayfa daim olub.pis bir tayfa kimi...
Cavab: 
Və aleykum Salam. Onlar indi səddin arxasındadırlar və yer üzünə çıxa bilmirlər, lakin vaxt gələndə çıxıb fitnə yayacaq, insanları qətl edəcəklər. Bu hadisə Qiyamətin yaxınlaşmasının əlamətidir. Uca Allah buyurur: "Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?" O dedi: "Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: "Körükləyin!"– dedi. Dəmir közərən kimi: "Gətirin mənə, onun üstünə ərimiş mis töküm!"– dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. Zülqərneyn dedi: "Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir". (əl-Kəhf, 94-98). Bu ayələrdən aydın olur ki, onların qarşısını alan sədd, maneə çəkilib. Daha ətraflı:
Yəcuc və Məcuc tayfaları
Qiyamətin böyük əlamətləri
Teqlər: 
Paylaş: