Namaza yeni başlayan nəyi öyrənməlidir?

    22.08.2016
Kimdən: 
DAMLA
Sual: 
SALAM. SİZƏ SUALIM-MEN 1 AY OLAR Kİ NAMAZ QILIRAM.BİLMƏK İSTƏDİYİM MƏN NAMAZLA YANAŞI NƏLƏRİ ÖYRƏNMƏLİYƏM.MƏSƏLƏN HANSI DUALARI BİLMƏLİYƏM.NAMAZLA YANAŞI BAŞQA DUA BİLMƏSƏM QƏBUL OLUR? 2-Cİ SUALIM İSƏ KEÇƏN DƏFƏ SİZƏ SUAL VERMİŞDİM.SİZ CAVABLANDIRMIŞDINIZ.LAKİN SUALI DÜZGÜN VERMƏMİŞƏM.ÖLƏN UŞAĞIN PALTARLARINI YANDIRAN İNSAN DA HEÇ BİR GÜNAH QAZANMİR? BÜTÜN PALTARLARINI DEYİL YALNIZ BİR-İKİSİNİ YANDIRAN DA HEC BİR GÜNAH QAZANMIR? ZƏHMƏT OLMASA CAVABLANDIRA BİLƏRSİNİZ?
Cavab: 

Və aleykum Salam.

  1. Namaza yeni başlayan müsəlman əqidəsini və imanın əsaslarını öyrənməli, həmçinin şirkin nə olduğunu araşdıraraq ondan uzaq olmalıdır, çünki Allaha şərik qoşanın əməlləri puç olur. Daha ətraflı saytımızın İSLAM bölməsindəki məqalələri oxuyun.
  2. Ölən uşağın paltarını yandırmaq israfa səbəb olur. Yaxşı olardı ki, onu ehtiyacı olanlara verərdiniz. Bilmədiyinizə görə paltarları yandırmağınz günah deyil.
Teqlər: 
Paylaş: