Instagram şəbəkəsində şəkilləri paylaşmaq olarmı?
Və aleykum salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar". (ən-Nur, 31).
Şəkillərinizi sosial şəbəkədə paylaşmaqla naməhrəmlərin istənilən vaxt sizin şəkillərinizə baxaraq, həm özünüzün həm də onların günah etməsinə şərait yaratmış olursunuz.
Pirə getməməkdə doğru edirsiniz, çünki həmin yerlərdə bəzi insanlar Allaha şərik qoşurlar. Sözsüz ki, uğur verən də, çətinlikdən sonra asanlıq nəsib edən də yalnız aləmlərin rəbbi olan Allahdır. Kömək yalnız ondan istənilir, çətinlik anında yalnız ona dua edilir. Daha ətraflı:
Pirlərə gedib dua etmək barədə
Şirk nədir?