Ərim anamla tez-tez görüşməyi mənə qadağan edə bilərmi?
Və aleykum salam. Əgər valideynlərinizlə görüşmək fitnəyə səbəb olmursa və onlar sizin ailə işlərinizə qarışmırlarsa, bu halda ərinizin onlarla tez-tez görüşməyi qadağan etməsi düzgün deyil. Məgər onun öz qızına bu cür qadağan etsəydilər onun xoşuna gələrdimi? Valideyn haqqı çox böyükdür və onlara yaxşılıq etmək Cənnəti qazanmağın açarlarından biridir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24). Daha ətraflı: Valideyn haqqı barədə