Canbəsər etmək və əcəlin cavab verməsi mümkündür?

    25.09.2016
Kimdən: 
Selcan
Sual: 
can uste olan birini canbeser etmek gunahdirmi? 7 gun evvel anam butun gun can vererek rehmete getdi. o menim qollarimda canini tapwiran aninda men onu willeleyerek ayiltdim, yeniki canbeser etdim. onda anam iri acilmiw gozlerile mene baxaraq qiwqirdiki willeleme meni. onda qorxdum. sanki anam deyildi ecel cavab verdi mene. qorxdum pis qorxdum.. ele bir wey ola bilermiki ecel mene cavab versin? mene dediler canbeser edib gunah etmisen. bu ne qeder duzdur? gunahdirmi? Anami itirmemek qorxusundan etdim... ondan sonra qorxumdan ozume yer tapa bilmirem.
Cavab: 

Salam aleykum. Əcəl dedikdə nəzər tutulan Ölüm mələyidir və mələklərin ölüm anında ölən adamın daxilinə girib bizə cavab verməsi mümkün deyil. Çünki, ölüm mələyi can verənin içinə girmir, yalnız onun ruhunu bədənindən çıxarır. Sizin ölüm ayağında olan ananızı şillələməniz isə düzgün hal deyil, çünki onu narahat etmisiniz və belə etmək heç nəyi dəyişmir. Uca Allah buyurur: "Hər bir kəs ölümü dadacaqdır". (Ali-İmran, 185). Tövbə edin və ananız üçün bağışlanma diləyin. Qorxu hissi varsa, Quran oxunmasına qulaq asın və Allahı çox zikr edin. Həmçinin oxuyun: 
Möminin və kafirin ölümü
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

Teqlər: 
Paylaş: