Uşağın canına and içib sonra onu pozduqda, uşağa nəsə ola bilərmi?

    15.09.2016
Kimdən: 
Elxan
Sual: 
Andımı pozduğuma görə uşaqımın canına nəsə ola bilər? Salam, uşaqımın və yoldaşımın canına and içərək andımı pozmuşam. İnternetde intim videoya daha baxmayacaqıma görə and içmişdim. (Bele şeylərə maraqım yoxdu, çox nadir hallarda olub). Andımı pozduğuma görə uşaqımın ve yoldaşımın canına nəsə ola bilər? Yoldaşımın münasibəti mənlə soyuqdu, nə qədər yalvarsamda məni bağışlamır, Bilmirəm nə edim. Mehriban ailəcanlı insanam, pis vərdişlərim yoxdu..
Cavab: 

Və aleykum Salam. Allahdan başqasına and içmək böyük günahdır, bir daha belə etməyin. Dediyiniz günaha görə isə tövbə edərək Allahdan bağışlanma diləyin və bir daha həmin günaha qayıtmamağa çalışın. Daha ətraflı:  
Allahdan başqasına and içmək düzgündürmü? 
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim? 

Paylaş: