Qadın boşandıqdan sonra ikinci dəfə eyni kişi ilə kəbin kəsdirə bilərmi?

    22.09.2016
Kimdən: 
aysel
Sual: 
Assalamu aleykum. birinci kebin kesib o pozuldugdan sonra yeniden 2 ci defe kebin kesmek olarmi? bezileri deyirki olmaz birinci defenin kebini pozulubsa ikinci defe kebin kesmek olmaz ........2 ci defe kebin kesmek isteyen qadin basqasi ile evlenib bosanmalidiki birinci kebinli oldugu adamnan yeniden evlene bilsin bu dogru fikirdimi?
Cavab: 

Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın. Bu, hökmün hikmətlərindən biri də budur ki, insanlar ailə məsələlərinə ciddi yanaşaraq oyun-oyuncağa çevirməsinlər. Uca Allah buyurur: "Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır. Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir". (əl-Bəqərə, 229-230). Daha ətraflı: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: