Naməhrəmə salam vermək olarmı?
Sual:
salam aleykum naməhrəmə salam vermək günahdir?
Cavab:
Və aleykum Salam. Fitnə və şeytanın vəsvəsəsindən uzaq olacağınız təqdirdə naməhrəmə salam vermək olar. Məsələn, kişinin yaşlı qadına və ya qadının yaşlı kişiyə salam verməsi, həmçinin üç və daha çox insanın salamlaşması icazəlidir. Amma cavan kişi və qadının təklikdə salamlaşmasından çəkinmək lazımdır, çünki bu daha sonra şeytanın vəsvəsəsinə qapı aça bilər. Məhrəmlər arasında salamlaşmaq və salamı yaymaq isə savabı çox olan əməllərdəndir. Daha ətraflı: Sizə salam olsun!