Namaz qılmaq mənə çətin gəlir...
Sual:
Salam , menartiq 3 ildinamaz qillam namazim mene Allahin verdiyi en boyuk hediyyedi. Lakin son zamanlar men nmaz qilmaqa hazırlaşanda ele bil kimse buna engel olur qilma deyir qila bilmirem 4 ruketli namaz mene o qeder cetin gelir ki men bunun ucun cox pis oluram bunun sebebi goren nedi ? Bir nece dəfə namazimi qəzaya verdim yuxida gordum ki tanimadigim bir ses mene namazlarini vaxti vaxtinda qil qiyamet yaxinlasir deyirdi buna sa aciqlama getirsez sevinerem
Cavab:
Və aleykum Salam. Namazın çətin görünməsi şeytanın vəsvəsəsidir, ona fikir verməyərək namazlara davam edin. "Əuzu billəhi minəş şeytani rəcim" ("Lənətlənmiş şeytandan Allaha sığınıram"), "Lə həulə və lə quvvətə illə billəh" ("Güc və qüvvət yalnız Allaha məxsusdur") deyərək vəsvəsəni özünüzdən uzaqlaşdırın və imanınızı artırın. Daha ətraflı: İmanı artırmaq üçün nə etmək lazımdır?