Tövbə etməkdən qorxaraq günahı yavaş-yavaş tərgitmək olarmı?

    25.09.2016
Sual: 
Tovbe etmekden qorxub amma gunahi yavas yavas tergidmek olar?
Cavab: 

Salam aleykum. Tövbə etməkdən qorxmaq lazım deyil, çünki tövbə etdikdə günah bağışlanır. Əgər istəmədən tövbəni pozsanız, yenidən tövbə etmək lazımdır. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Hakim, 7658). Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı? 

Teqlər: 
Paylaş: