Namaza yeni başlayan sözləri səhv deyərsə, Allah onu bağışlayar?
Sual:
salam eleykum her vaxtiniz xeyir men namaz qilmaq isteyirem sozlerini bilirem namazin ustunde sehv desem ve estefurla desem allah meni bagisdiyar sual verirem
Cavab:
Və aleykum Salam. Siz namaza başlayın, namaza yeni başlayanın sözlərdə xəta etməsi labüddür. Vaxt keçdikcə Allahın izni ilə namazın sözləri dilinizə yatar. Hətta diliniz öyrəşənə qədər əlinizdə namazın sözləri olan kağızı tutub üzündən oxuyaraq namaz qıla bilərsiniz. Namazda bilmədən etdiyiniz səhvlərə görə isə sizə günah yazılmır. Uca Allah buyurur: "Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsi". (ən-Nur, 56).