Yaddaş zəifliyi ilə necə mübarizə aparım?
Sual:
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Allah sizləri xeyirlə mükafatlandırsın. əmin.
1. qardaş islamda ümumiyyətlə yaddaş zəifliyindən alimlərin fikrini bilmək istiyirəm. mənim yaddaşım çox zəifdi. ama əlhəmdulilləh quran ayələrini asanlıqla əzbərləyə bilirəm. amaki bu şərii məsələlərdə. nə qədər qulaq asıram oxuyuram yazıram amaki hər dəfə oxuyanda sanki 1ci dəfədi oxuyuram. bunun müalicəsi neyniyim mən?
2.gözlərin zəif görməsində savab varmı in şəə Allah? yəni uzağ çox zəif görülürsə buna sizcə savab var? həmdə əlhəmdulilləh çətinlik çəkilirsə yəni uzağdan insanları seçməklə. kor müsəlman əlhəmdulilləh mükafatlandırılır bəs cox zəif görən?
Cavab:
Və aleykumus-Salam va rahmətullahi va bərakətuhu.
1. Bu cavabı oxuyun: Zehni gücləndirmək üçün nə etmək lazımdır?
2. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın". (əl-Buxari, 5642). Ona görə siz səbr edin və mükafatını Allahdan umun! Daha ətraflı: Səbir edənlərə müjdə ver!