Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır?

    26.03.2015
Kimdən: 
Ayan
Sual: 
Salam 1.zehni qüvvetlendirmek ücün hansı duaları oxumaq olar. 2 caresiz qaldığımızda edilen dua. 3 namazda ikən danısmadan hmm demek namazı pozar
Cavab: 

Aleykum salam. Zehni gücləndirmək üçün bəzi səbəblər:
1. Günahlardan çəkinmək. Kiçik yaşlarında Quranı əzbərləmiş, yüz minlərlə hədisi isnadları ilə əzbər bilən böyük islam alimi İmam Şafii (Allah ona rəhmət etsin) öz müəlliminin ona hifzlə bağlı nəsihətini şeirlə belə ifadə etmişdir:
"Şikayət etdim Vəkiyə hifzimin zəyifliyindən,
tövsiyəsi bu oldu: "Əl çək asiliyindən".
Sonra bəyan eylədi: "Elm deyərlər nura,
Bil ki, Allahın nuru verilməz asi qula". (Xatib əl-Bağdadi: "Cəmiu-l-Əxlaq" kitabı, 5/57; əl-Beyhaqi: "əş-Şuab" əsəri, 2/272).

2. Uca Allahı çox zikr etmək. "Subhəənəllaah", "Əlhəmdulilləəh", "Allahu Əkbər" demək. Uca Allah buyurur: "...Unutduğun zaman Rəbbini yada sal...". (əl-Kəhf, 24).
3. Quran əzbərləmək.  Çünki Quran əzbərləmək zehni iti edir.
4. Az yemək. Çox yemək insanı çox yatmağa və tənbəlliyə aparır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (əs-Suyuti Fəthul-Kəbir", 1/58).
5. Bal və kişmiş yemək. Səhərlər acqarına bal yemək, həmçinin kişmişin yaddaş üçün faydalı olduğu sübut olunmuşdur.
6. Başdan qan aldırmaq (hicamə). İbn əl-Qeyyimin (Allah ona rəhmət etsin) "Tibb ən-Nəbəvi" kitabında bunun faydası haqqında daha ətraflı məlumat verilmişdir. Daha ətraflı: Hicamə ilə müalicə

Həmçinin oxuyun:
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?
İnsanın özündən asılı olmayaraq baş verən hallar namazı batil edirmi?
Namaz qılarkən fikrin qarışmaması üçün nə edim?

Teqlər: 
Paylaş: