İnsanın özündən asılı olmayaraq baş verən bəzi hallar namazı batil edirmi?

    08.09.2014
Kimdən: 
gulnar
Sual: 
Namaz qılarken insanlıq halları olarsa meselen: esnemek, burundan suyun axması, qarından gelen ses. Ve bunun kimi diger insandan asılı olmayarag baş veren hadiseler olarsa Namaz batil olarmi?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz halların heç biri də namazı batil etmir.
Namazda əsnəmək tutduqda, imkan daxilində bunun qarşısı alınmalıdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Namaz vaxtı əsnəmək şeytandandır. Kimin əsnəməyi gəlsə, onu bacardığı qədər sıxsın (əlini ağzına tutsun)". (ət-Tirmizi və İbn Xuzeymə).
Qarının quruldaması da namazı batil etmir. Bağırsaqdan yel çıxması ilə bağlı isə hədisdə deyilir: Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137).
Cabir (Allah ondan razı olsun) belə rəvayət edir: "...Biz bu məsciddə ikən Rəsulullah (salləllahu aleyhi və səlləm) bizim yanımıza gəldi. Əlində də İbn Tab xurmasının salxım çubuğu var idi. Birdən məscidin qiblə divarında bəlğəm gördü və ona doğru gedib əlindəki salxım çubuğu ilə onu oradan qazıyaraq təmizlədi. Sonra bizə tərəf yönəlib: Hansınız Uca Allahın ondan üz çevirməsindən xoşlanırsınız!? deyə buyurdu. Biz qorxduq. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu sözü üç dəfə təkrarladı. Nəhayət biz: − Heç birimiz, ey Allahın Rəsulu - dedik. Rəsulullah (salləllahu aleyhi və səlləm): − Hər hansı biriniz namaza qalxıb durduğu vaxt, Allah onun qarşısında olar. Dolayısı ilə sizlərədn heç kimsə önünə və ya sağına tərəf tüfürməsin! Sol tərəfınə və ya ayağının altına tüpürsün! Hətta əgər bəlğəm və ya burun axması kimi bir şey onu tələsdirərək narahat edib namazın bitməsinə fürsət (imkan) verməzsə, həmin vaxt "paltarı ilə belə etsin" - sonra da, peyğəmbər paltarını büküb bir qismini digər bir qisminə sürtərək bunu nə qaydada etməyi göstərdi buyurdu. Bunun ardınca da Rəsulullah (salləllahu aleyhi və səlləm): − Mənə misk qoxusu kimi gözəl qoxular verən bir şeylər tapıb gətirin. Orada olan gənclərdən biri ayağa qalxdı və tələm-tələsik ailəsinin yanına getdi və dəvəsi ilə Xaluq deyilən gözəl qoxu verən bir maddə gətirdi. (Xaluq - Mürəkkəb bir qoxu maddəsidir. Zəfəran və başqa maddələrin qarışı ilə əldə edilir. Sarı və qızılı rəngə çalır). Rəsulullah (salləllahu aleyhi və səlləm) o qoxunu duydu, onu xurma liflərinin baş tərəfinə qoydu sonra onunla bəlğəm olan yerin üzərinə yaxşıca sürtdü". Cabir (radıyəllahu anhu): − "Siz bunun üçün məscidlərinizdə Xaluq qoxusunu gətirirsiniz dedi". (İbn əl-Munzir "əl-Əvsat" əsəri, 2511; Muslim, 3008). Həmçinin oxuyun:
İnsan əsnədiyi zaman nə etməlidir?
Burundan qan gələrsə, dəstəmazı və ya namazı batil edirmi?

 

Paylaş: