Anamla dalaşmağıma peşmanam, nə edim?
Sual:
salam. anamla sozle dalasmisam xosa gelmez sekilde sesimi qaldirmisam anama. cox pesimanam ne ede bilerem?
Cavab:
Və aleykum Salam. Ana ilə dalaşmaq və ona səsini qaldırmaq ən böyük günahlardandır, hətta haqlı olsanız da, onunla səbirli davranmaq vacibdir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24).
Siz mütləq ananızla xoş danışaraq onun könlünü alın, ondan halallıq istəyin və tövbə edərək bir daha belə etməyin. Daha ətraflı: Ata-ananı incitməyin günahı barədə