Ölü insanın ruhuna dua etmək olar?
Sual:
Salam, ölü insanın ruhuna dua etmək olar ?
Cavab:
Və aleykum Salam. Ölən insanın bağışlanması, qəbr əzabından, Cəhənnəm əzabından qorunması, Cənnətə daxil olması, haqq-hesabının yüngül olması və s. üçün Allaha dua etmək olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də onun zamanında vəfat etmiş müsəlmanların bağışlanması üçün dua etmişdir. Amma ölünü çağıraraq onun özündən nəsə istəmək Allaha şərik qoşmaqdır və əbədi Cəhənnəm əzabına aparır. Daha ətraflı:
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Şirk nədir?