Peyğəmbərimiz zəhərlənmədən ölübmü və digər suallar

    24.08.2016
Kimdən: 
Abdullah
Sual: 
Salam Aleykum. 1) Peyğēmbər s.a.s zeherin sebebi ile ölüb? Çünkü eti zeherliyen yehudi qadın deyibmiw ki, o peyğemberdise zeher onu öldüre bilmez, ve et ona xeber vermelidi ki men zeherliyem. Buna etraflı aydınlıq getirin zehmet olmasa. 2) Corabın üstünde ve ya altında merci toxumu boyda delik olarsa o corabın üsdünden mesh etmek olar? 3) Peyğember s.a.s deyib: ölünü basdırdıqdan sonra ölü onu basdırıb terk edenlerin ayaq sesini ewider. Ölüler ewidir, ya yox? 4) Nece bile bilerem ki, cennet ehliyem yoxsa cehennem? 5) Deyirler günde 5 ferz namazı 50 ferz namaza beraberdi, bu düzgün sözdü? 6) cennete düweceyime nece emin olum? 7) Gizli wirk nedi?
Cavab: 

Və aleykum salam.

  1. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zəhərlənmədən ölməyib, çünki bu hadisədən sonra o, uzun müddət yaşaıb.
  2. Bəli, əgər dəlil bu qədər kiçikdirsə, bu halda həmin corabın üzərindən məsh etmək olar.
  3. Belə hədis var, amma bundan digər hallarda ölülərin eşitməyinə aid dəlil yoxdur. Ölən insanın ruhu bərzəx aləminə köçdükdən sonra dünyadakıları eşitmir. Daha ətraflı: Ölülər eşidirmi?
  4. Heç kim Cənnətə və ya Cəhənnəmə düşəcəyini deyə bilməz, amma Uca Allah bizə Cənnəti necə qazanmağı bildirmişdir. Allaha heç bir şərik qoşmamaq, onun vacib buyurduğu əmrləri yerinə yetirmək və haramlardan çəkinmək. Daha ətraflı saytın İslam bölməsindəki məqalələri oxuyun.
  5. Bu cavabı oxuyun: Namazların sayı beşdən çox olubmu?
  6. Dördüncü cavabı oxuyun
  7. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizin üçün nəyin Məsih Dəccəldən də daha təhlükəli olduğunu xəbər verimmi?" Səhabələr: "Bəli, ya Rəsulullah!" - dedilər. O: "Bu, gizli şirkdir. Bir adamın namaz qıldıqda başqa birisinin ona baxdığını hiss edincə namazını bəzəyib düzməsidir". (İmam Əhməd, 3/30; İbn Məcəh, 4204).
Paylaş: