Əri zina edən qadın nə xəyanəti bağışlaya, nə də ayrıla bilmirsə, nə etsin?

    24.08.2016
Kimdən: 
Lale
Sual: 
Salam. Bacimin yoldaşi gemicidı.ilde bir defe gelir.qazancla elaqedar xarijde cox olur.aileye baxır maddi cehetden kömey edır. Uşaqlarin qeydıne qalir.lakin xarijde olanda xeyanet edır.evinde qadininin yanında olanda ıseetmır.heyat yoldasi ne etsede o bu hereketinden vaz kecmir.qadin qalib bele bosanmaq istemir sevır ve usaqları var. Bilmek isteyirki bu vezıyyetde ne etsın.ezab cekır xeyaneti bagislaya bilmir. Bilmek isteyirki be vezıyyetde onun eri qarşisinda vezifesi nedır.qaygisina qalsın qullugunda evvelkı kımı dursun,unutsunmu xeyanetı ya bosansinmi. Islamin dininin bu vezıyyetle bagli qadina aid qanunlarini bilmek isteyir.xier xeyanet edınde qadın ne etmelı.tesekkurler
Cavab: 
Və aleykum Salam. Şübhəsiz ki, zina etmək insanı dünyada rüsvaycılığa, axirətdə isə Cəhənnəm əzabına aparan böyük günahlardandır. Ərinizə qarşı qəzəbli olsanız da ilk növbədə onu Cəhənnəmdən xilas etməyə çalışmalısınız. Bunun üçün ona çoxlu nəsihət edin, evinizdə dini abu-hava yaradın və Allahın əmrlərinə ilk növbədə özünüz əməl edərək onu da dəvət edin. Zina etməyin böyük günah olması və onun cəzası haqqında ayə və hədisləri ona çatdırın. Həmçinin ümumən dini biliklərinizi artırın, Quran ayələri, hədislər oxuyun, dərslərə qulaq asın və bunları ona da göndərin. Bütün bunlarla bərabər Allaha çoxlu dua edin, çünki qəlblər Allahın əlindədir. Əgər uzun müddət dəvət nəticə verməsə, bu halda qadın istəsə ailəli qalmaq və ya boşanmaq arasında seçim edə bilər. Amma bu halda da boşandıqdan sonra nə edəcəyini yaxşı-yaxşı götür qoy etməli, böyüklərlə məsləhətləşməlidir, çünki indiki dövrdə boşanan qadınların yenidən ailə qurması və ya ata evində qalması çətin olur. Allah sizə səbr versin, ərinizi isə islah etsin! Həmçinin oxuyun:
Paylaş: