Qüsl alarkən başa suyu necə tökməyin fərqi varmı?

    27.08.2016
Sual: 
Qüsl almaq üçün başa 3 dəfə su tökülməsinin lazım olduğunu öyrəndik. Suyun hardan tökülməsinin fərqi varmı:qabla yoxsa indiki hamamların əksərində mövcud olan duşla Zəhmət olmasa sualımı cavablandırın
Cavab: 

Salam aleykum. Qüsl almaq üçün başa üç dəfə su tökmək vacib deyil. Sadəcə, qadınlar cənabət qüslu alarkən saçlarını tam islatmaq istəməsələr, başa 3 dəfə tökmələri kifayət edir. Digər hallarda isə suyu duşla və ya qabla tökməyin fərqi yoxdur. Daha ətrafı: Qadınlar qüsl alarkən saçlar nə qədər islanmalıdır?

Paylaş: